"Dünya təcrübəsi göstərir ki, təhsil sektoruna giriş baryerini, yəni müraciət mexanizmlərini sadələşdirməyə üstünlük verilir, qanuna əsasən, ilk dəfə müsabiqədə iştirak edənlərə imkan yaradılır ki, o öz potensialından istifadə edərək, müəllimlik peşəsininə yiyələnə bilsin. Lakin, bu peşəyə yiyələnmək üçün, iki və ya daha çox cəhd etmək ehtiyacı yarandıqda müəllimlərin işə qəbul prosesində ödənişli mexanizmin tətbiqi, ictimai rəyin və namizədlərin motivasiya səviyyəsinin azalması ilə nəticələnə bilər. Onsuz da əməkhaqqları qənaətbəxş olmayan, müəllimlik peşəsinə giriş üçün əlavə maliyyə tələbinin qoyulması bir çox gənc kadrlarda tərəddüd yarada bilər və eyni zamanda, sosial həssas qruplar üçün, psixoloji maneə funksiyası daşıya bilər. Gənc namizəddə yanlış fikir formalaşa bilər. Qoy maddi imkanı olanlar müraciət etsin. Belə yanaşma isə perspektivli kadrların sistemdən uzaqlaşmasına səbəb ola bilər".
Bu fikirləri “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a bildirib. Onun sözlərinə görə, o zaman maddi imkanı az olan namizədlər bu prosesdən uzaqlaşa bilərlər.












