Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Venesuelada baş vermiş dağıdıcı zəlzələdən bir ay sonra humanitar ehtiyacların hələ də yüksək səviyyədə qaldığını açıqlayıb. Təşkilatın məlumatına görə, minlərlə insan hələ də müvəqqəti sığınacaqlarda yaşayır və təhlükəsiz içməli su, səhiyyə xidmətləri və psixoloji dəstəyə ehtiyac duyur.
QHT.az xarici mediaya istinadən bildirir ki, beynəlxalq maliyyə dəstəyi mövcud ehtiyacları qarşılamaq üçün kifayət etmir. Təşkilat donorları humanitar əməliyyatlara daha çox vəsait ayırmağa çağıraraq, xüsusilə su təchizatı, sanitariya və səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Xarici media qeyd edib ki, əlavə maliyyə ayrılmadığı təqdirdə zərərçəkmiş icmalara göstərilən yardımın həcmini artırmaq mümkün olmayacaq.
Piranə Xasiyeva






