Beynəlxalq qeyri-hökumət təşkilatı Save the Children və 100-dən çox humanitar təşkilat Qəzzada humanitar vəziyyətin kəskin şəkildə pisləşdiyini bildirərək beynəlxalq ictimaiyyətə təcili çağırış ediblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, birgə bəyanatda qeyd olunub ki, bölgədə ərzaq, təmiz su, dərman və digər həyati vacib ləvazimatların tükənməsi nəticəsində həm mülki əhali, həm də humanitar yardım əməkdaşları ciddi çətinliklərlə üzləşirlər. Təşkilatlar bütün quru keçidlərinin açılmasını, humanitar yardımın maneəsiz çatdırılmasını və atəşkəsin təmin edilməsini tələb ediblər. 

QHT-lər bildiriblər ki, mövcud şəraitdə minlərlə insan aclıq və xəstəlik riski ilə üz-üzədir. Onların fikrincə, humanitar yardımın fasiləsiz çatdırılması mülki əhalinin həyatının xilas edilməsi üçün vacib şərtdir. 

Piranə Xasiyeva