QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin rəsmi qeydiyyatdan keçməsinin 20 illiyi münasibətilə rəhbəri Vüsalə Hüseynlini səmimi qəlbdən təbrik edib:
"“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin rəsmi qeydiyyatdan keçməsinin 20 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan vətəndaş cəmiyyətinin tarixi yazılarkən, Sizin rəhbərlik etdiyiniz təşkilatın xüsusi yeri olacaq. Fəaliyyətiniz yalnız ölkə miqyası ilə məhdudlaşmayıb, Avropadan Amerikaya, Afrikaya qədər uzanaraq beynəlxalq aləmdə də tanınıb. Siz Azərbaycanın bütün regionlarında uğurla layihələr həyata keçirməklə gənclərin inkişafına, qadınların fəallığının artırılmasına, innovasiyaların təşviqinə və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə mühüm töhfələr vermisiniz.
Bu 20 illik yol həm fədakarlıq, həm də nailiyyətlərlə zəngindir. Əminəm ki, qarşıdakı illərdə də təşkilatınız yeni uğurlara imza atacaq və vətəndaş cəmiyyətimizin inkişafında özünəməxsus rolunu davam etdirəcək.
Sizə möhkəm can sağlığı, davamlı uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"












