Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) rəhbəri arasında humanitar yardımın genişləndirilməsi və ölkəyə qayıdan miqrantlara dəstəyin artırılması məsələləri müzakirə olunub.

QHT.az xarici mediaya istinadən bildirir ki, DID Press-in 19 oktyabr 2026-cı il tarixli məlumatına görə, görüşdə tərəflər BMT ilə Əfqanıstan arasında əməkdaşlığın gücləndirilməsi, humanitar yardımın əlaqələndirilməsi və ölkəyə qayıdan şəxslərin ehtiyaclarının qarşılanması məsələlərini nəzərdən keçiriblər.

Görüş zamanı humanitar yardımın siyasi məsələlərdən ayrı tutulmasının, eləcə də inkişaf və infrastruktur layihələrinə dəstəyin artırılmasının vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin iqlim dəyişikliyi və su ehtiyatlarının idarə olunması sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.