Deputat Vüqar Bayramov Laçın şəhəri günü münasibətilə paylaşım edib. O bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub.
Deputat qeyd edib ki, 1992-ci il mayın 18-də işğal edilən Laçın 2020-ci il 1 dekabrda Azərbaycana təhvil verilib, 2022-ci il 26 avqustda isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb:
"Laçın böyük iqtisadi, turizm, aqrar və sənaye potensialına malikdir, həmçinin zəngin təbii ehtiyatları və enerji imkanları ilə seçilir. Rayonun ümumi gücü 65,5 MVt olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək, artıq Güləbird SES-in istifadəyə verilib".
Deputat sonda Laçını yeni inkişaf mərhələsinə qədəm qoyan bölgə kimi dəyərləndirərək şəhər gününü təbrik edib.
Pərvanə Fərhadqızı












