"Bu gün “Vətən Naminə” komandası uzun illərdən sonra Qubanın adını Regional Liqada təmsil edir. Bu, sadəcə futbol deyil, Qubaya olan sevginin, əzmin və mübarizənin təzahürüdür!"

QHT.az xəbər verir ki, bu fikirləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova söyləyib.

O təəssüf hissi ilə bildirib ki, bu qürurlu yolda komandaları hələ də layiq olduğu diqqət və dəstəyi görmür.

T.Abduləlimova Qubanın adını yaşatmaq üçün meydanda olduqlarını vurğulayıb və bu komandanın tək qalmayacağına, Qubanın qeyrətli övladları öz komandasına sahib çıxacağına inandığını qeyd edib.

“Quba bizim qürurumuzdur, ‘Vətən Naminə’ isə bu qürurun meydandakı səsidir!” – deyə o, sözlərini sonlandırıb.