“Bloomberg” jurnalisti Mark Qurman “Apple” şirkətinin yeni iPhone Duo modelinin ön sifariş prosesini tənqid edib. O, şirkətin istehsal və təchizat məhdudiyyətlərindən əvvəlcədən xəbərdar olmasına baxmayaraq, sifarişləri gecikdirmədən qəbul etməsini strateji səhv kimi qiymətləndirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, cihazın ilkin mərhələdə ABŞ və Çin kimi əsas bazarlarda satışa çıxarılması nəzərdə tutulsa da, “Apple” gözlənilmədən 70-dən çox ölkədə eyni vaxtda ön sifarişləri açıb. Bu qərar mövcud ehtiyatların qısa müddətdə tükənməsinə səbəb olub.

Ön sifarişlər başladıqdan cəmi 30 dəqiqə sonra cihazın rəsmi internet səhifəsində göstərilən təxmini çatdırılma müddəti yanvarın 25-dək uzanıb. Nəticədə məhsulu ilk gün sifariş edən istifadəçilər belə uzun müddət gözləməli olublar.

Mark Qurmanın fikrincə, şirkət ilk maliyyə rübünün nəticələrini gücləndirmək istəyini müştəri məmnuniyyətindən üstün tutub. Bu yanaşma isə yeni cihazı almaq istəyən istifadəçilərin narazılığına səbəb olub.

“Apple”ın istehsal həcmini artırmaq üçün hansı addımları atacağı və yaranmış vəziyyətin gələcək məhsul təqdimatlarına necə təsir göstərəcə