Almaniyanın DAAD proqramının nümayəndələri və almaniyalı professorlar UNEC-də olublar

QHT.az xəbər verir ki, rektor prof. Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə UNEC-in potensialının artırılması, eləcə də almaniyalı professorların tədrisə cəlb edilməsi və mübadiləsi, müəllimlərə təlimlərin keçirilməsi, birgə tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub.