“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə 10 Mart – Milli Teatr Günündə könüllülər paytaxt və regionlarda yerləşən müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləyiblər. Bəzi teatrlarda, həmçinin aktyorlarla görüş, tamaşalara hazırlıq prosesi ilə tanışlıq olub.

QHT.az xəbər verir ki, bir qrup RİİB könüllüsü isə Azərbaycanda teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olan, görkəmli dramaturq M.F.Axundzadənin ev muzeyini ziyarət edib.

Qeyd edək ki, tədbirlər gənclər arasında mədəniyyətimizin vacib sahələrindən olan teatr sənətinə marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi məqsədilə həyata keçirilib.