“Qədim dövrlərdə musiqidən yalnızca zövq almırdılar, həm də müalicə vasitəsi kimi istifadə edirdilər. Bəhram Nəsibov musiqimizi bayağı mahnılarla korlayan bəzi “Bəstəkarlar”ı “Tərlətmə dərmanı” adlı monoloqunda (Aztv-nin efirində məhşur aktyor Eldəniz Zeynalovun ifasında təqdim edilib və “Kirpi” jurnalında çap edilib) bu mövzuya heç kimi incitməmək xatirinə satirik dillə yanaşıb. Vaxtı ilə zurnaçalan olmuş musiqiçi qoca vaxtında musiqi ilə müalicəyə başlayır. Qapısında xeyli növbə olur. Bir gün özü qrip olur. Nə qədər fərqli musiqilərə assa da, dərman atsa da tərləyə bilmir. Bayağı mahnılar yazılan kasseti dinləyir, əsəbləşir, gözü divardan asılan Üzeyir bəyin şəklini görür xəcalətdən tərləyərək sağalır. Bundan sonra həmin el həkiminin effektli dərmanlarının sırasına “Tərlətmə dərmanı” da əlavə olunur”.

Bu fikirləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a bildirib. Bəhram Nəsibovun ilk yazdığı mahnının “Qarabağ” mahnısı olduğunu bildirən QHT sədri qeyd edib ki, bəstəkar 1962-ci ildə İncəsənət İnstitutuna daxil olduğu illərdə doğulduğu rayon haqqında mahnı yazır, sonra mahnının əhatə dairəsini daha da böyüdür: “Mahnını neçə illər bəyənib oxuyan olmur. Biri deyir sözün dəyiş, biri deyir melodiya zəifdir. Utandığından üzə çıxarmır. İndi müğənnilərə yazmış olduğu mahnılar haqqında ifa etmələri üçün müraciət etdikdə deyirlə ki, “Qarabağ”, “Var gülüşündə” kimi mahnılardırsa oxuyaq. “Var gülüşündə”  mahnısını da ilk dəfə başqa şairin sözlərinə bəstələyib, şair qəyittələ etiraz edir ki, belə zəif melodiya mənim sözümə xələl gətirir. Yadıma Koroğlunun atası Alı kişinin xanlara gələcəkdə əldə etmələri üçün milyonlar təklif ediləcək Qırat və Düratı hədiyyə etməsinə görə kor edilməsi gəlir. Yeri gəlmişkən qeyd edim ki, Bəhram Nəsibov mahnıları bir neçə variantda dəfələrlə işləyirdi, məşq prosesində də, hətta səsyazma studiyasında da müəyyən əlavə və dəyişiklər edirdi. Ona görə də ifa edilməmiş mahnı və marşları Bəhram Nəsibovun qaralamaları olub. Bu qaralamaların belə nə qədər effektli olması haqqında fikirlər eşitmişəm”.

 

Ardı var...      

 

Pərvanə Fərhadqızı