"AzMUN" (BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi) proqramı çərçivəsində 1-ci UNEC MUN Simulyasiya Konfransı keçirilib.
QHT.az xəbər verir ki, iki gün davam edən konfransda tələbələr ölkələri Baş Assambleya və UNESCO-da təmsil ediblər. Tələbələr Baş Assambleyada "Beynəlxalq münaqişələrin müasir iqtisadiyyata təsiri", UNESCO-da isə "Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat təşəbbüsləri vasitəsilə münaqişələrin idarə edilməsi" mövzusunda müzakirələr aparıblar.
Hər iki komitədə yazılmış qətnamələr uğurla qəbul olunub.
Sonda tədbirdə fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim edilib.












