ABŞ-ın Luiziana ştatında tornadolar nəticəsində 3 nəfər ölüb.

 

QHT.az xəbər verir ki, ABŞ-ın cənub ştatlarından biri olan Luiziana ştatını tornado vurub. Yeni Orlean da daxil olmaqla, ştatın şimalından cənubuna doğru təsirli olan şiddətli fırtına həyatı dayandırıb.

 

Ştat üzrə 40 mindən çox insan işıqsız qalıb. Yeni Orlean Fövqəladə Hallar üzrə Direktoru Kollin Arnold bildirib ki, şəhərdəki müəssisələrə və yaşayış evlərinə böyük ziyan dəyib. Şreveport şəhəri yaxınlığındakı kənddə yaşayan uşaq və anası tornadonun evlərini dağıtması nəticəsində ölüb. Killona bölgəsində şiddətli fırtınadan sonra bir qadının cansız cəsədi tapılıb.

 

Luiziana, Missisipi, Alabama və Florida ştatlarının bəzi hissələri də daxil olmaqla Körfəz sahillərində şiddətli tufanlar gözlənilir.