Peru keçmiş prezident Pedro Kastilonun ailəsinə sığınacaq verən Meksika səfiri Pablo Monroy Konesanı “persona non qrata” elan edərək ona ölkəni tərk etmək üçün 72 saat vaxt verib.
Meksika Perunun keçmiş prezidenti Pedro Kastilonun ailəsinə sığınacaq verdikdən sonra Peru hökuməti Meksikanın Limadakı səfiri Pablo Monroy Konesanı “persona non qrata” elan edib.
Perunun xarici işlər naziri Ana Gervasi, Kastillonun ailəsinə sığınacaq verən Meksikanın Limadakı səfiri Pablo Monroy Konesanın persona non qrata elan edildiyini və ölkəni tərk etməsi üçün 72 saat vaxt verildiyini açıqlayıb.
Gervasi, bu qərarın Meksika hökumətinin Perudakı siyasi vəziyyətlə bağlı daxili işlərə müdaxiləni təşkil edən hərəkətləri səbəbindən verildiyini söylədi.
Kastillo dekabrın 7-də Konqresi buraxmaq və fövqəladə milli hökumət yaratmaq qərarına gəldikdən sonra Konqres tərəfindən istefaya göndərilib. Kastillo Meksika səfirliyinə sığınmağa çalışarkən saxlanılıb, onun müavini Dina Boluarte isə dekabrın 8-də ölkənin yeni prezidenti kimi and içib. Kastilonun həbsxanaya göndərilməsindən sonra başlayan etirazlara görə dekabrın 14-də ölkədə fövqəladə vəziyyət elan edilib. İlk olaraq 7 gün həbs edilən Kastilloya qaçma riski olduğu səbəbilə dekabrın 16-da 18 ay qabaqlayıcı cəza verilib.
Qeyd edək ki, ölkə boyu küçələrə çıxan Kastilyo tərəfdarları Kastilonun azad edilməsi və erkən seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları təşkil edib və indiyədək 25 nəfər həyatını itirib.












