Etirazlar zamanı Maçu-Pikçuya ən yaxın şəhərdən gələn dəmir yolu xətti zədələnib.
QHT.az xəbər verir ki, ölkənin turizm naziri Ursula Leonun bəyanatında deyilir ki, etirazlar səbəbindən sərnişin qatarı dayandırıldıqdan sonra minə yaxın turist Peruda qədim İnka qalası Maçu Pikçu yaxınlığında qapalı qalıb. Onun sözlərinə görə, 15 sentyabr 2025-ci il bazar ertəsi günü oradan 1400 turist evakuasiya edilib, lakin 900-ə yaxın insan ölkənin ən çox ziyarət edilən mədəniyyət məkanına ən yaxın şəhər olan Aguas Calientesdə qapalı vəziyyətdə qalıb.
Həmçinin qeyd olunub ki, yerli qatar operatoru PeruRail ötən həftənin sonlarında yerli sakinlər, hakimiyyət orqanları və avtobus şirkətləri arasında yenidən toqquşmalar fonunda Cusco dağlıq bölgəsindəki marşrutun "müxtəlif ölçülü qayalar" tərəfindən bağlanması səbəbindən qatar xidmətlərinin dayandırıldığını elan edib.
Peruda etirazçılar, Aguas Calientesdən Maçu Pikçuya turistləri daşıyan tur avtobusu operatorunun dəyişdirilməsi prosesində şəffaflığın olmamasına etiraz edirlər və yeni şirkətin fəaliyyətinə mane olurlar. Eyni zamanda, PeruRail bildirir ki, üçüncü tərəflər relslərin bir hissəsini qazıb, bu da turistlərin evakuasiyasını ləngidir.
R.İmanov






