Qətərdə oynanılan Mərakeş-Fransa Dünya Çempionatının yarımfinal matçından sonra Belçikanın paytaxtı Brüsseldə hadisələr baş verib. Polis qrupa bibər qazı və təzyiqli su ilə müdaxilə etdi.
Mərakeşdə yarımfinal matçını paytaxt Rabatda böyük həyəcan və ümidlə izləyən mərakeşlilər komandalarının məğlubiyyəti sonrası kədər və sevinci birlikdə yaşadılar.
QHT.az xəbər verir ki, 2022 FIFA Dünya Kubokunda Fransa ilə qarşılaşan və kubokda son şansını əldən verərək 2:0 hesabı ilə məğlub olan Mərakeş Brüsseldə böyük həvəslə dəstəkləndi. Son ana qədər komandalarını stadiondaymış kimi dəstəkləyən mərakeşlilər məğlubiyyətlə böyük kədər yaşadılar. Qarşılaşma zamanı kifayət qədər sakit olan Brüssel küçələri matçın sonunda xaosa büründü.
Həmin əsnada izdihamın içindən bir qrup gənc əsas küçənin ortasında od yandıraraq, atəşfəşanlıq yaradıblar.
Yanğının da təsiri ilə partlamağa başlayan avtomobillər parçalanaraq ətrafdakı fanatlara doğru havada sovrulub. Azarkeşlər qorxu içində dağılmağa çalışsalar da, qrup bu dəfə tədbir görən polislə çaxnaşıb. Daha sonra qrupa polis müdaxilə edib.
Müdaxilədən sonra üzləri bağlı olan qrup Brüsselin ara küçələrinə dağılaraq atəşfəşanlıq etməyə davam edib. Bir müddət sonra mərkəzi küçəyə nəzarət edən polis küçəni təmizləyərək nəqliyyatın hərəkətinə yol açıb.












