Education HUB-ın Proqram Meneceri Gülnarə İsmailova QHT.az saytının 10 illik yubileyi münasibətilə təbriklərini bölüşüb. O, saytın rəhbəri Cəsarət Hüseynzadənin və onun formalaşdırdığı komandanın vətəndaş cəmiyyəti sahəsindəki dəyərli fəaliyyətini yüksək qiymətləndirib:

"Daima Azərbaycan gənclərinin səsini cəmiyyətə çatdıran, kiçik resurslarla çevik və effektiv iş qurmağı bacaran dəyərli həmkarımız Cəsarət Hüseynzadəni QHT.az saytının 10 illik yubileyi münasibətilə təbrik edirəm.

Bu illər ərzində QHT.az və Cəsarət bəyin rəhbərliyi ilə formalaşan komanda vətəndaş cəmiyyətinin informasiya məkanında fəal iştirakını təmin edib, gənclərin, təşəbbüskarların və təşkilatların fəaliyyətini işıqlandıraraq onların daha geniş auditoriyaya çıxışına şərait yaradıb.

Yeni yaşınız mübarək, QHT.az! Daha böyük uğurlar və təsirli fəaliyyətlər diləyi ilə!"