Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov QHT.AZ saytının 10 illik yubileyi münasibətilə sayta və kollektivə təbrik ünvanlayıb:
"Hörmətli Cəsarət müəllim,
Başda Siz olmaqla bütün QHT.AZ sayıtının komandasını 10 illik yubileyi münasibəti ilə təbrik edirəm!
10 il ərzində QHT.AZ vətəndaş cəmiyyətinin tanınması və görülən işlərin işıqlandırılmasında böyük bir fayda verdi. Əminliklə deyə bilərəm ki, QHT.AZ vətəndaş cəmiyyəti üçün informasiya paylaşımında və geniş auditoriyaya çatmasında böyük bir platformaya çevirilib. Növbəti 10 ildə isə Sizə yalnız bol uğurlar arzu edirəm! Var olun!"












