“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri QHT.az saytının 10 illik yubileyi münasibətilə saytın kollektivini təbrik edib, bu media platformasının vətəndaş cəmiyyətinin inkişafındakı rolunu yüksək qiymətləndirib:

"Azərbaycan QHT sektorunun sevimli ünvanına çevrilən, fəaliyyətimizə, fikirlərimizə və mövqelərimizə cəmiyyətə çatdırmaqda önəmli rol oynayan, ən əsası isə Azərbaycan dövlətinin QHT siyasətini həm ölkə daxilində, həm də dünya ictimaiyyətinə təqdim edən media orqanı kimi ön sıralarda yer alan QHT.az saytının 10 yaşı tamam olur.

Bu münasibətlə, başda Cəsarət Hüseynzadə olmaqla, fədakar kollektivini səmimi qəlbdən təbrik edirəm.

QHT.az saytı rəhbərlik etdiyim Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sevimli informasiya ünvanıdır. Arzu edirəm ki, sayt gələcək illərdə də bu cür səmərəli fəaliyyəti ilə ön sıralarda yer alaraq fəaliyyət arealını daha da genişləndirsin.

Uğurlar!"