Yazar 09.03.2021 21:45 6686

Qurultayın qərarları YAP-ın yeni dövr üçün daha da fəallaşacağına işarədir

Cəsarət Hüseynzadə 

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri,

QHT.az saytının rəhbəri 

 

Yeni Azərbaycan Partiyasının VII qurultayı​nda partiya rəhbəri tərəfindən yeni çağırışların səsləndirlməsi islahatların davam edəcəyini deməyə əsas verir.

Bəzən siyasi plüralizmi çox yanlış olaraq, ancaq müxtəlif fikirli siyasi qrupların bir- birinə qarşı fəaliyyəti və xüsusən kəskin fəaliyyəti kimi təqdim edirlər. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi mənasını daşıyır. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. Bütün bu  institutlar və fəaliyyətlər  üçün ölkə konstitusiyasında ciddi təminatlar var. Amma etiraf edək ki, ilk dövrlər bütün sahədə olduğu kimi bu sahədə də müəyyən çatışmamzlıqlar olmuşdu.

Ölkədə siyasi plüralizmin yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu ilə qoyuldu. Cənab Prezidentin tapşırığı ilə ölkədə siyasi partiyalar üçün mühitin yaxşılaşdırlması və siyasi dialoqun inkişaf etdirilməsi yeni reallıqların yaranması üçün həlledici məqam oldu. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkə başçısının tapşırığı ilə siyasi partiyaları dinləməyə və ölkəmizin inkişaf naminə bərabər addımlar atmağa başladı. 2020- cil parlament seçkilərinin nəticələri və Milli Məclis rəhbərliyinin yeni siyasi konfiqurasiyaya uyğun formalaşması Prezident İlham Əliyevin islahatlarla bağlı nə qədər ciddi olmasını bir daha sübut etdi. YAP parlament seçkilərinə kifayət qədər gənc namizədlərlə getdi və 70 mandat qazandı. Eyni zamanda, VI çağırış Milli Məclisdə VHP 3 nəfərlə, AVP, ADİSP, ADMP, BQP, BAXCP, VƏHDƏT və VBP isə 1 nəfərlə təmsil olundu və  41 nəfər bitərəf də deputat mandatı qazandı.

Çoxluq olaraq Yeni Azərbaycan Partiyası həm parlament rəhbərliyində, həm də komitələr üzrə  öz üzvlərinin seçilməsi üçün kifayət qədər səsə malik idi. Lakin Prezident İlham Əliyev tərəfindən siyasi sistemi möhkəmləndirmək və siyasi plüralizmi inkişaf etdirmək  üçün mühüm bir addım atıldı: "Ölkə başçısı Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq,  parlament rəhbərliyinin demək olar ki, paritet əsasda formalaşması ideyasını irəli sürdü. Milli Məclisin rəhbərliyi YAP, bitərəflər və azlıqda qalan müxalifət partiyalarının nümayəndələrindən formalaşdırıldı. Milli Məclisin komitə rəhbərliklərində də müxalifət partiyalarına və bitərəflərə böyük etimad göstərildi. Azərbaycanın işğal olunmuş ərazilərini nəyin bahasına olursa olsun qaytaracağını bəyan edən Prezident İlham Əliyev sülh yoluna üstünlük verdiyini, lakin müharibənin də istisna olmadığın dəfələrlə qeyd edirdi. Bizim sözümüz imzamız qədər keçərlidir - deyən Prezident İlham Əliyev, Ali Baş Komandan olaraq ordunun gücünü artırmaqla yanaşı, Prezident olaraq cəmiyyəti bir yumruq kimi birləşdirməyi də bacardı.

İslahatlar və inkişafın müəllifi olan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi, “Dəmir yumruq” əməliyyatının müəllifi kimi öz adını tarixə yazdı. İslahatlar kursu, müharibədə böyük qələbə siyasi partiyalarla yanaşı vətəndaşlar tərəfindən də razılıqla qarşılandı. Etiraf edək ki, islahatlara qarşı çıxan və imkan düşdükcə bu addımları sabotaj etmək istəyən qüvvələr də az deyildi. Bu qüvvələr nəyin bahasına olursa olsun  hakimiyyət ilə xalq arasında sədd yaratmağa çalışır və süni lokal narazılıqlar formalaşdırmalqa öz çirkin əməllərini həyata keçirməyə cəhdlər edirdi. Lakin olar istəklərinə nail ola bilmədilər. 

Ölkə başçısı dövlətin inkişafı naminə iqtisadi sahədə yeni layihələrin həya keçirilməsini, şəhid ailələri, müharibə əlilləri və digər həssas sosial qrupların dəstəklənməsi üçün yeni imkanların yaradılmasını təmin edir, müvafiq sərəncamlar imzalayır.

Siyasi sferada islahatlar davam etməkdədir. Məhz Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında partiya rəhbəri tərəfindən yeni çağırışların səsləndirilməsi islahatların davam etdiyini və siyasi plüralizm üçün yeni imkanların yaradıldığını deməyə əsas verir. Partiyanın İdarə Heyətinin yenilənməsi, qurultayın qərarları YAP-ın yeni dövr üçün daha da fəallaşacağına işarədir. 6 partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi də siyasi dialoq mühitinin inkişafını göstərir. Həmin partiyaların ölkəmizin inkişafı naminə YAP-a birləşməyi alqışlanası haldır.

 

Məxsusi olaraq "İki sahil" üçün


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı