Xəbərlər 26.05.2025 13:12 211

QHT Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü münasibətilə tədbirlər keçirir

ICMEC Global (İtkin Düşmüş Uşaqlar üçün Beynəlxalq Mərkəz) və Beynəlxalq Uşaq Qaynar Xətti təşkilatı ilə birlikdə, hər il mayın 25-də dünya miqyasında qeyd olunan Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü münasibətilə tədbirlər həyata keçirilir.

QHT.az xəbər verir ki, bu barədə "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova məlumat verib. Onun sözlərinə görə, bu günün məqsədi itkin düşmüş uşaqların tapılması və ailələrinə qovuşması üçün görülən işləri işıqlandırmaq, uşaqları oğurluq və istismardan qorumaq üçün tədbirləri təbliğ etməkdir. Həmçinin, bu gün uşaqların təhlükəsizliyi və rifahı üçün məlumatlılığı artırmaq və bilikləri paylaşmaq məqsədi daşıyır.

Azərbaycan Uşaq Qaynar Xətti 116111 nömrəsi ilə fəaliyyət göstərir və hər zaman yardım üçün yanınızdadır.

İtkin düşmüş uşaqların unudulmaması və onların təhlükəsizliyinin təmin olunması üçün birgə səylər göstərmək vacibdir.

Əlaqə üçün: 116111


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı