Xəbərlər 08.05.2025 17:31 32

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Nazirlikdə könüllü qanvermə aksiyası keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.

 

Nazirlik və qurumları üzrə 163 əməkdaşının iştirak etdiyi aksiya talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədi daşıyıb.

 

Respublika Qan Bankının həkimləri tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı