Xəbərlər 06.05.2025 15:21 85

Gənc Vətənpərvərlər İctimai Birliyi tədbir keçirib

Gənc Vətənpərvərlər İctimai Birliyi "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda "birliyin offisində tədbir keçirib.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan GVİB Sədri, karate-do üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Müqamət Əliyev (Muğan) çıxış edərək qeyd edib ki, xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin xidmətlərini tarix heç zaman unutmayacaqdır. Onu yalnız Mustafa Kamal Atatürklə yalnız müqayisə etmək olar. Çünki hər ikisi dağılmaqda olan ölkəni yenidən qurdular, xilas etdilər. O zaman sovet imperiyası Azərbaycanı tam müstəmləkə halına gətirmək üçün Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırdı. Ümummilli lider Azərbaycanın çətin, ağır günlərində Vətənə gəldi. Xalq öz sevimli oğlunu, idarəçilik səriştəsi ilə hər kəsin rəğbətini qazanan Heydər Əliyevi böyük məhəbbətlə qarşıladı. Həmin vaxtda ölkənin şimalında, cənubunda separat ünsürlər vətənimizi parçalamağa çalışırdılar. Hakimiyyət böhranı günü-gündən dərinləşir, Qarabağda erməni silahlı qüvvələri rayonlarımızı işğal edirdilər. Belə bir zaman kəsiyində xalqımızın müdrikliyi özünü göstərdi və Heydər Əliyevin hakimiyyətə qayıtmağını coşqu ilə istədi. O da zamanında xilaskarlıq missiyasını öz üzərinə götürərək ölkəsini xilas etməyə müvəffəq oldu.Ümummilli lider ölkəmizdə böyük quruculuq işləri gördü və ölkəni etibarlı əllərə həvalə etdi. O, Prezident İlham Əliyevə inanırdı və cənab Prezident də ata vəsiyyətini dəqiqliklə yerinə yetirdi.

Sonra GVİB-n Hüquq məsələləri üzrə Baş müşaviri,profesor İ.Kərimov çıxış edərək bildirib ki, ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, milli-ideoloji işin təşkilində, gənclərin vətənpərvərlik ruhunda formalaşmasında, mədəniyyətimizin inkişafında böyük əvəzolunmaz xidmətləri olub. O qeyd edib ki, belə tədbirlər ulu öndər Heydər Əliyevin irsinin gənc və gələcək nəsillərə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Birliyin İdrə Heyətin üzvü İ.İsayev çıxışında bildirib ki, Heydər Əliyevin həyatının hər anı örnəkdir. Bu şəxsiyyətdə azərbaycanlıya xas olan bütün ali keyfiyyətlər parlaq şəkildə təcəssüm olunur.

İnsanı kamilliyə ucaldan bir çox keyfiyyətlər öz xarakterinə görə ümumbəşəri səciyyə daşıyır deyən Birliyin şöbə müdiri N.Qaçayev Ulu öndərin kəlamlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı