Xəbərlər 05.05.2025 08:27 177

Valideyn-Müəllim Assosiasiyası yeni layihəyə start verir

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyinin dəstəyi ilə “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətin artırılması” adlı layihəsinə start verir.

QHT.az xəbər verir ki, layihənin məqsədi müasir uşaqların davranışlarında mədəni səviyyə və ictimai məsuliyyəti artırmaq, ailə nümayəndələrini kulturoloji biliklərlə maarifləndirmək, cəmiyyət üçün yüksək mədəniyyətli, sağlam milli ruhda sosiallaşan, vətəndaş-şəxsiyyət  yetişdirlməsinə töhvə verməkdir.

Layihə çərçivəsində Bakıda 3 icmada və 10 rayonda - Şabran, Qusar, Qax, Zaqatala, Agsu, İsmayıllı, Gəncə, Gədəbəy, Neftçala, Yardımlıda ailə nümayəndələri üçün kulturoloji lektoriyaların təşkil edilməsi nəzərdə tutulur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı