“Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” adlı yeni layihə icra ediləcək
Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün maliyyə dəstəyinin alınması barədə elan etdiyi müsabiqədə “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olub.
QHT.az xəbər verir ki, bu barədə Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, layihəninin əsas məqsədi Azərbaycan ailəsinin dözümlülüyünü artırmaq, ailədə qadınların əmək fəaliyyətinə, müharibə zamanı öz yurd yuvalarından məcburi köçmüş ailələrdən olan 442 mindən çox qadınların müharibənin və köç zamanı yaşadıqları stressin hələ də yaddaşlarda qalması və yenidən o yerlərə qayıtdıqdan sonra o dəhşəti düşünərək stessi azaltmaq məqsədilə onları məşğuliyyətə cəlb etmək, ailə büdcələrinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını dəstəkləmək, uşaqların normal ailə münasibətləri əhatəsində böyüməsinə və boşanma hallarının azalmasına nail olmaqdır.
Layihə çərçivəsində işğaldan azad edilmiş ərazilərə öz yurd yuvalarına geri köçürülən məcburi köçkün və şəhid ailərindən olan qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi yolu ilə onların ölkə iqtisadiyyatında iştirakçılığının artırılması, icmadaxili sosial-iqtisadi münasibətlərin dərinləşdirilməsi və ailə institunun sosial dayaqlarının daha da möhkəmləndirilməsi istiqamətində 5 rayonda (Xaçmaz, Saatlı, Sabirabad, Şirvan və Sumqayıt şəhərlərini) aiddiyyəti dövlət qurumlarının və məcburi köçkünlərin iştirakı ilə görüşlər təşkil ediləcək. Layihə 3 ay davam edəcək.