“π-Puppid” meteor yağışı müşahidə olunacaq
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən məlumata görə, “Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq.
QHT.az xəbər verir ki, “π-Puppid” meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.