Xəbərlər 25.06.2025 13:33 56

Güclü ordu müstəqilliyin təminatıdır 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi. Və o böyük şəxsiyyətlər həmin ağır dönəmdə dərhal ordu quruculuğuna start verdilər.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür. Dünyada baş verən son müharibələr, davam edən geosiyasi və geoiqtisadi proseslər göstərir ki, gücsüz oldun müstəqiliyin təhlükə altına düşür. Xüsusilə qeyri sabit bölgə olan Cənubi Qafqazda sabitlik yaratmaq, davamlı təhlükəsizliyi qoruyub saxlamaq üçün peşəkar ordu çox zəruridir.

Düşünürəm ki, Azərbaycan bu missiyanı çox uğurla yerinə yetirdi. Modern ordu quruculuğu, qardaş Türkiyə ilə bigə hərbi təlimlərin davamlı həyata keçirilməsi, ən yeni silahların alınıb ölkəmizə gətirilməsi, bütün hərbi hissələrdə təchizat sisteminin lazımı şəkildə təmin edilməsi hədəflər sırasında olub.

Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində möhtəşəm Qarabağ Zəfəri dayanır. Azərbaycanın milli maraqlarına hesablanmış düzgün siyasət, dünyada və regionda gedən proseslərin çox ustalıqla nəzərə alınması və digər məqamlar tarixi qələbəmizi şərtləndirən amillərdir.

Gerçəkdən, Şuşanın azad olunması ilə Azərbaycan müasir hərb tarixində çox mühüm yeniliklərə imza atdı. Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. Ordumuzun şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir. Biz də millət olaraq, həm hərb tariximizi, həm də bu qədər üzləşdiyimiz fəlakətlərin səbəbini, mahiyyətini öyrənməliyik.

Nəhayət, sonda onu da qeyd edim ki, güclü olmaq yalnız çoxlu puldan, modern silahlardan, texnoloji inkişafdan və s. ibarət deyil. Bu, həm də əhalinin həyat səviyyəsindən, vətəndaş məmnunluğundan və digər məqamlardan asılıdır.

 

Əkrəm Bəydəmirli

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı