Xəbərlər 13.05.2025 11:29 50

İqtisadi modellər müzakirə olunacaq

24 may tarixində saat 19:00-da Nizami Kino Mərkəzində “Söhbətgah Live” formatında maraqlı diskussiya təşkil olunacaq.

QHT.az xəbər verir ki, tədbirin əsas mövzusu “Bizim iqtisadi model nə olmalıdır?” sualı ətrafında qurulacaq. Tədbirin əsas çıxışçılarından biri iqtisadçı Aslan Əzimzadə olacaq. O, iqtisadi inkişaf strategiyaları, müasir iqtisadi modellər və Azərbaycanın mövcud şəraitinə uyğun alternativ yanaşmalarla bağlı fikirlərini bölüşəcək. İqtisadiyyata marağı olan hər kəs “Söhbətgah Live” platformasına dəvətlidir.

Tədbirə giriş biletlidir və iştirak etmək istəyənlər aşağıdakı keçid vasitəsilə bilet əldə edə bilərlər:

 https://iticket.az/events/concerts/sohbetgah-live/154932

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı