Xəbərlər 24.06.2025 15:13 62

QHT-lərimiz Avropa Sosial Şəbəkəsinin illik konfransında iştirak edir - FOTOLAR / VİDEO

Azərbaycan QHT-lərindən ibarət nümayəndə heyəti Avropa Sosial Şəbəkəsinin illik konfransında iştirak edir.

QHT.az xəbər verir ki, Bu barədə məlumatı Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli bildirib. Onun sözlərinə görə, 23-25 iyun tarixələrində Danimarkanın Aarhus şəhərində Avropada ictimai-sosial xidmətlər üzrə aparıcı şəbəkə olan Avropa Sosial Şəbəkəsinin (European Social Network) illik konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir:

"39 ökədən 670 nümayəndənin qatıldığı konfransda müvafiq sahə üzrə çalışan dövlət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, sosial xidmət mütəxəssisləri, texnologiya həlləri təminatçıları və tədqiqatçılar öz bilik və təcrübələrini Avropa və dünyanın digər regionlarından olan şəxslərlə bölüşəcək və mübadilə etmək imkanı olacaq. “Qayğının texnologiya ilə görüşdüyü yerdə” (Care where meets tech) mövzusu altında bu ilki konfransa sosial qayğıda innovasiyaları artırmaq, məlumatlandırmaq və təşviq etmək üçün nəzərdə tutulmuş sessiyalar təşkil olunacaq. Səfər GİZ Almaniyanın dəstəyilə həyata keçirilir".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı