Xəbərlər 23.06.2025 15:20 27

"QHT-lərimiz artıq yalnız müşahidəçi deyil, aktiv iştirakçı olurlar" - Nadimə Rəhimli 

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli QHT.az-a verdiyi açıqlamasında Azərbaycan qeyri-hökumət təşkilatlarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının yardımçı qurumlarının SB62-ci sessiyasında iştirakını şərh edib.

"İkinci böyük tədbirimiz, Qlobal Cənubun yan tədbirini keçirdik. Burada da bu tədbiri Qlobal Cənub QHT Platformasının ilk beynəlxalq yan tədbiri adlandırmaq olar. Çünki platformanın yaranmasından sonra keçirilən ilk beynəlxalq tədbirdir. Burada da iqlim dəyişiklikləri ilə mübarizədə qlobal cənub ölkələrinin nümayəndələrinin necə birləşməli olduqları müzakirə olundu. Şəhərin meri tərəfindən təşkil olunmuş rəsmi qəbulda iştirak etdim və bu tədbir çərçivəsində Bakı şəhəri haqqında, ölkəmizdə Azərbaycan ərazisində emissiyaların azaldılması ilə bağlı görülən işlər barədə məlumat verdim".

Nadimə Rəhimli həmçinin bildirib ki, Polşa və Fransa tərəfindən təşkil olunan tədbirdə isə iqlim dəyişikliyi ilə bağlı məlumatın dəqiqliyinin təşviqi və Paris razılaşmasının mühüm mərhələləri müzakirə olunub:

Nadimə Rəhimli Azərbaycanın qeyri-hökumət təşkilatlarının artıq yalnız müşahidəçi deyil, aktiv iştirakçı olduqlarını vurğuladı. O, Azərbaycanın QHT-lərinin beynəlxalq səviyyədə daha da peşəkarlaşması və təmsilçiliklərini gücləndirmələri barədə çağırış edib:

"Bu tədbirlər, Azərbaycan QHT-lərinin artıq yalnız müşahidəçi deyil, aktiv iştirakçı olduğunu bir daha nümayiş etdirdi. Onlar artıq öz söz haqlarına sahibdirlər, eşidilirlər və bu, artıq bir neçə ildir davam edən aktiv iştirakın nəticəsidir. Yerli və beynəlxalq səviyyədə Azərbaycan QHT-lərinin fəaliyyətləri və peşəkarlaşması çox vacibdir. Mən səsləyirəm ki, Azərbaycanın qeyri-hökumət təşkilatları imkan daxilində beynəlxalq təmsilçiliklərini artırsınlar".

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı