Xəbərlər 25.06.2025 12:16 30

"Əlilliyi olan şəxslərin bərabər imkanlar əldə etməsi üçün cəmiyyətin birgə fəaliyyət göstərməsi zəruridir" - Aydın Xəlilov

"Əlilliyi olan şəxslərin cəmiyyətin ayrılmaz hissəsi olduğunu və onlara bərabər imkanlar yaradılmasının vacibliyini bir daha vurğulamaq istəyirik. Azərbaycan cəmiyyətində əlilliyi olan şəxslərin qarşılaşdıqları çətinliklər, onların hüquqlarını təmin etmək, bərabər imkanlar yaratmaq və həyatlarını daha da asanlaşdırmaq üçün təxirəsalınmaz addımların atılmasını tələb edir. Bu sahədə mövcud olan problemlərin həlli yalnız dövlətin deyil, eyni zamanda cəmiyyətin məsuliyyətidir".

Bu sözləri "Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi" İctimai Birliyinin Sədri Aydın Xəlilov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan şəxslərin tibbi xidmətlərə əlçatanlıq, təhsil imkanlarının məhdudluğu, məşğulluq və işə düzəlmə problemləri, həmçinin yaşayış mühitinin əlillərə uyğun olmaması kimi məsələlər hələ də ciddi olaraq qalır:

"Bu problemlərin həlli üçün qanunvericilikdə islahatlar, tibbi və sosial xidmətlərin əlçatanlığının artırılması, təhsil və məşğulluq sahələrində bərabər imkanların yaradılması, həmçinin infrastrukturun əlillərə uyğunlaşdırılması zəruridir. Biz "Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi" olaraq, bu problemlərin həlli istiqamətində dövlət orqanları ilə birgə əməkdaşlıq etməyə hazırıq və bu məsələlərə diqqət ayrılmasını tələb edirik. Bizim məqsədimiz, əlilliyi olan şəxslərin müstəqil həyat sürmələrini təmin etmək, onların hüquqlarını qorumaq və cəmiyyətdə bərabər imkanlara sahib olmalarını təmin etməkdir".

QHT sədri həmçinin bildirib ki, bizim çağırışımızdır əlilliyi olan şəxslərin hüquqlarını qorumaq və onlara layiqli həyat şəraiti yaratmaq üçün birgə fəaliyyət göstərək.

 

Pərvanə Fərhaqızı

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı