Xəbərlər 25.06.2025 10:10 46

Mingəçevirdə yeni elektrik stansiyasının açılışı - AÇIQLAMA

Azərbaycan Prezidentinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı olub.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib ki, 1880 meqavat gücündə stansiya, Azərbaycanın daxili enerji tələbatını qarşılamanın yanı sıra, ixrac imkanlarını artıracaq. Onun sözlərinə görə, Prezidentin sözlərinə görə, bu stansiya Mingəçevirin, Azərbaycanın və Cənubi Qafqazın enerji mərkəzi olaraq statusunu gücləndirəcək:

"Elektrik istehsalının artırılması mavi qaz istehlakının optimallaşdırılması və ixracın genişlənməsi üçün əhəmiyyətlidir. İllik 13,5 milyard kubmetr qaz istehlakı ilə, yaşıl enerjinin artırılması və istilik sistemlərinin genişləndirilməsi təxminən 2 milyard kubmetr qazın qənaətinə gətirib çıxara bilər, bu da Azərbaycanın qaz ixracını və valyuta daxilolmalarını artıracaq. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi, bu istiqamətdə əhəmiyyətli bir addım olacaq".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı