Xəbərlər 25.06.2025 09:34 139

Yaşayış minimumu və təhsil sektorunda sosial dəstək: Müsahibə

Azərbaycan Respublikasında sosial dəstək və iqtisadi rifahın artırılması məqsədilə həyata keçirilən islahatlar davam edir.

Bu islahatlar çərçivəsində Milli Məclisin qəbul etdiyi "Yaşayış Minimumu haqqında" Qanununda edilən dəyişikliklər, xüsusilə təhsil sahəsinə və valideynlərin sosial dəstəyinə müsbət təsir göstərəcək. Bununla bağlı QHT.az "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimovadan müsahibə alıb.

 

QHT.az: Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul etdi. Bu qanun dəyişiklikləri təhsil sahəsindəki valideynlərin və şagirdlərin sosial dəstəklərini necə yaxşılaşdıracaq? 

 

Esmira Rəhimova: Yaşayış minimumu, insanların sağlamlığını və həyat fəaliyyətini təmin etmək üçün zəruri olan minimum ərzaq, qeyri-ərzaq malları və xidmətlərin dəyəri olan bir normadır. Bu norma, əhalinin ümumi həyat səviyyəsini  qiymətləndirmək  üçün istifadə olunur. Ehtiyac meyarı isə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd hesab edilir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci il üçün yaşayış minimum təsdiq edilmişdir.

 

QHT.az: Bəs yaşayış minimumunun məbləğində olan bu dəyişiklik hansı sahələrə nə kimi təsir göstərəcəkdir? 

Esmira Rəhimova: Əvvəlcə onu qeyd edək ki, yaşayış minimumunun əmək haqqı üzrə vergi ödəmələrində, aztəminatlı ailələrə ünvanlı sosial yardımların formalaşdırılması və hesablanmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, aztəminatlı ailələrə dair dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, əhali gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində rolu vardır. Göründüyü kimi yaşayış minimumu digər normativlərlə də zәncirvarı bağlıdır və bu dəyişiklərlə bağlı artım digər asılı olan göstəricilərdə də özünü biruzə verir. Həmçinin, aztəminatlı ailələr üçün ünvanlı sosial yardım hesablanması zamanı ailə üzvlərinin hər biri üçün nəzərdə tutulmuş ehtiyac meyarı və faktiki gəlirlər arasında fərq nəzərə alınır.

 

QHT.az: Təhsil xərclərinin artması ilə bağlı hansı tədbirlər görülə bilər?

Esmira Rəhimova: Nəticə olaraq onu demək olar ki, yaşayış minimumunda dəyişiklə əlaqədar olaraq ehtiyac meyarında da artım olmuşdur, həmçinin zəncirvari olaraq müavinәt və pensiyalarda da artım gözləniləndir. Azərbaycanda minimum əməkhaqqının 2025-cü il yanvarın 1-dən 400 manata qaldırılması mühüm bir addımdır və sosial rifahın artırılması istiqamətində əhəmiyyətli təsirə malikdir. Təhsil sahəsində çalışanlar üçün bu artım, xüsusilə texniki personal və digər yardımçı işçilər baxımından müəyyən dərəcədə dəstək rolunu oynayacaq. lakin minimum əməkhaqqının artımı təhsildə bəzi işçi qruplarının sosial vəziyyətini yaxşılaşdırsa da, bu artım hələ də sektorun ümumi problemlərini həll etmək üçün kifayət etməyəcək. Statistikaya əsasən, Azərbaycan təhsil sistemində çalışanların təxminən 15%-i minimum əməkhaqqı səviyyəsində və ya bu səviyyəyə yaxın məbləğdə əmək haqqı alır. Bu qrupda məktəb texniki işçiləri, xadimələr, təsərrüfat işçiləri, gözətçilər və digər yardımçı personal yer alır. Bu da təhsilin keyfiyyətinə və kadrların sektorda qalmasına təsir göstərir. 

Məktəblərdə və ali təhsil müəssisələrində texniki personalın rolu çox böyükdür. Onların əməkhaqqının artırılması həm iş motivasiyasını, həm də təhsil infrastrukturunun dayanıqlığını təmin edə bilər. 

Fikrimcə, minimum əmək haqqının artırılması mühüm bir başlanğıc ola bilər. Təhsil işçilərinin sosial rifahını artırmaq, onların motivasiyasını yüksəltməsinə səbəb olar, ancaq təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir etməz.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı