Tərəqqi Sosial İnkişaf İctimai Birliyinin təsis olunduğu gündür
Bu gün "Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin təsis olunduğu gündür.
QHT.az xəbər verir ki, "Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov bildirib ki, təşkilat Milli qeyri-hökumət təşkilatıdır. Onun sözlərinə görə, Qaçqın və Məcburi Köçkünlərə Yardım Cəmiyyətinin bazası əsasında yaradılmışdır:
"20 iyun 1998- ci ildə təsis olunmuş və 1999-cu ilin 27 aprel tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Qaçqın və Məcburi Köçkünlərə Yardım Cəmiyyəti adı ilə Dövlət qeydiyyatına alınmışdır. (Qeydiyyat №-si 1114) Qaçqın və Məcburi Köçkünlərə Yardım Cəmiyyətinin 05/09/ 2006-cı il tarixində 16-cı konfransı keçirilmişdir. Konfransın qərarı ilə cəmiyyətin adının dəyişdirilərək “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi adı verilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş və 10.01.2007–ci il tarixində Qaçqın və Məcburi Köçkünlərə Yardım Cəmiyyətinin adı dəyişdirilərək “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi adı ilə yenidən qeydiyyata alınmışdır".
Qeyd edək ki, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi respublika ərazisində məskunlaşan qaçqın, məcburi köçkün və aztəminatlı təbəqədən olan insanların sosial və humanitar sahədə problemlərinin həlli ilə məşğul olur.
Təşkilatın Ağdam rayonunda Regional ofisi və digər rayonlarda nümayəndəlikləri fəaliyyət göstərir.
Pərvanə Fərhadqızı