Londonda İqlim İnnovasiya Forumu 2025 keçirilir - FOTOLAR
Bu gün Londondakı tarixi Guildhall binasında keçiriləcək İqlim İnnovasiya Forumu 2025-də 2,000-dən çox lider – biznes, maliyyə, hökumət və vətəndaş cəmiyyətindən nümayəndələr bir araya gəlib.
QHT.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli də iştirakk edir. Forum, London İqlim Həftəsinin əsas tədbiri kimi COP30 öncəsi qlobal iqlim fəaliyyətinə təkan verməyi hədəfləyir. Forumda COP29-un Prezidenti Muxtar Babayev, Braziliyanın Ekologiya naziri Marina Silva, BMT-nin keçmiş iqlim üzrə yüksək səviyyəli çempionu Naycel Topinq və digər nüfuzlu şəxslər çıxış edəcək. Tədbirdə enerji keçidi, karbonsuz iqtisadiyyat, meşə mühafizəsi, dayanıqlı maliyyə kimi mövzularda yüksək səviyyəli müzakirələr və paralel tədbirlər keçiriləcək.
Forumun sonunda Bloomberg və London İqlim Həftəsi ilə əməkdaşlıqda xüsusi gala şam yeməyi təşkil olunacaq.