Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq- BDU
Aprelin 14-dən başlayaraq iyunun 24-dək davam edəcək gündüz Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq.
QHT.az xəbər verir ki, Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik.