Xəbərlər 23.06.2025 13:00 56

QHT üzvü Ümumdünya Fiso Olimpiadasının 3-cü yerin qalibi oldu - FOTOLAR

“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a verdiyi açıqlamada təşkilatın üzvü, Neftçala rayonunun şəhid Zabit Əskərov adına orta ümumtəhsil məktəbinin 6-cı sinif şagirdi Rahilə Bağırlının Dubayda keçirilən Ümumdünya Fiso Olimpiadasında 3-cü yerin qalibi olduğunu bildirib.

Fənn və hazırlıq müəllimi Sevinc Əliyeva olan Rahilə məqsədinin istedadlı uşaqları ortaya çıxartmaq və onları bütün dünyada tanıtmaq olduğunu qeyd edib. İlk tur Bakıda Biznes Universitetində keçirilib və Rahilə bürünc medal qazanaraq finala vəsiqə alıb. Final mərhələsi 15 iyun 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib.

Rahilə Bağırlı 100% verilən suallara düzgün cavab verərək dünya üçlüyünə daxil olub və Almaz (Brilyant) medal və hədiyyənin sahibi olub. Akif Kərimov Rahilə ilə fəxr etdiklərini və onun gələcəkdəki uğurlarını dəstəkləməyə davam edəcəklərini vurğulayıb: "Qələbələrinin davamının gələcəyinə ümid bəslənilir".

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı