Xəbərlər 24.06.2025 17:30 66

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi layihəsini uğurla icra edir - FOTOLAR

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” adlı layihəsini uğurla icra edir.

QHT.az xəbər verir ki, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” adlı layihəsini uğurla həyata keçirir. Layihənin əsas  məqsədi Müharibədən zərər görmüş şəxslərin (şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının və onların ailələrinin) sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması və  onlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsindən ibarətdir.

23 iyun 2025 –cı il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Pensiya hüququnun təmin edilməsinin hüquqi  əsasları” mövzusunda vəkillərin, vəkilliyə namizəd olan şəxslərin, gənc hüquqşünasların və layihənin könüllülərinin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlim keçirilmişdir. Təlimin məqsədi vəkilliyə namizəd olan şəxslərdə və layihənin könüllülərində sosial hüquqlarla bağlı biliklərin və bacarıqların formalaşdırılmasıdır. Təlimdə ilk olaraq 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması ilə bağlı olaraq Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin hüquqi-siyasi sistemi və dövlətimizin müstəqil inkişaf yolunda sabitlik və hüquq təminatına dair biliklər verilmişdir. Daha sonra “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilmişdir. Təlimi aparan layihə meneceri, Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev interaktiv metodlarla müharibədən zərər görmüş şəxslərin pensiya hüquqlarının reallaşdırılması zamanı meydana çıxan problemlərə və onlarla bağlanmış əmək müqaviləsinin xitam edilməsinin praktiki problemlərinə toxunmuş, mübahisəli məsələlər əsasında yaranmış problemlərin həlli yolları göstərmişdir.

Layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstərilir. Müharibədən zərər görmüş şəxslərə Klinikada qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı