Xəbərlər 12.09.2024 20:29 1253

Novella Cəfərova: Tullantıların idarə edilməsində QHT-lər bələdiyyələrlə birgə işləməlidir

Tullantıların idarə edilməsi ciddi məsələdir. Qeyri-hökumət təşkilatları bu məsələdə bələdiyyələrlə birgə işləməlidir.

 

QHT.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.

 

Qonşu ölkələrdən Azərbaycana gələn çayların sularının çirkli vəziyyətdə olduğunu vurğulayan QHT sədri əlavə edib: “Biz bu məsələni də Gürcüstanın qeyri-hökumət təşkilatları ilə birgə işləyə bilərik. Prezident İlham Əliyev Filizçay yatağında geoloji axtarış və kəşfiyyat işlərinin aparılması ilə bağlı Sərəncam imzalayıb. Bu işlər çox həssas aparılmalıdır. Orada geoloji axtarış və kəşfiyyat işləri aparanda meşələrin qırılmasına imkan vermək olmaz”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı