Xəbərlər 11.07.2024 10:54 2705

QHT.az saytının 9 yaşı tamam olur - FOTO

QHT.az saytının 9 yaşı tamam olur. Sayt 2015-ci ildə yaradılıb.
 
“QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir.
 QHT.az saytı heç bir qurumun mövqeyini ifadə etmir və tam müstəqil internet portalıdır. Saytın əsas tərəfdaşları QHT-lərdir". 
 

Bu  barədə QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib.
 
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi hədəfləyən QHT.az bu gün Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.
 
Dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub. Onlayn Media subyeki olaraq QHT.az 18 yanvar 2023-cü ildə Medianın İnkişafı Agentliyi tərəfindən media reyestrinə daxil edilib.
 
QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həm də İnformasiya və Sosial Təşəbbüslərə Dəstək ictimai birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına töhfə verən bir neçə uğurlu layihənin müəllifidir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı