Xəbərlər 05.04.2024 22:28 2494

Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib

Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib

 

Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən təhsil müəssisələrində 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərə müəllim və şagirdlərlə yanaşı Aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri də qatılıblar. 
Tədbirlər zamanı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb, Aprel döyüşlərinin əsl mahiyyəti, dördgünlük müharibənin tarixi əhəmiyyəti haqqında məktəblilərə ətraflı məlumat verilib.
“Aprel döyüşləri – Zəfərin başlanğıcı”, “4 gündən 44 günə”, “Böyük Qayıdışın təməli” və s. mövzulu anım tədbirləri çərçivəsində xüsusi dərslər keçirilib, şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş olunub, vətənpərvərlik mövzusunda filmlərə, sərgilərə baxış təşkil edilib.
Həmçinin şagirdlər Aprel döyüşləri şəhidlərinin – Nurlan Əsgərli və Firdovsi Bağırzadənin ev muzeylərini, məzarlarını ziyarət ediblər.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı