Masallıda şəhid ailəsinin evi təmir edilir
Masallıda şəhid ailəsinin evi təmir edilir
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Babaser kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Şahbazov Rəşid Murad oğlunun ailəsini ziyarət edib, onları narahat edən məsələlərlə maraqlanıb.
Şəhidin bacısı rayon rəhbərinə şəhid ailəsinin yaşadığı fərdi yaşayış evinin təmir olunmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı tərəfindən müraciətin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur və yaxın zamanda şəhid ailəsinin yaşadığı fərdi yaşayış evinin təmirinə başlanacaq.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Akif AĞAYEV