Qəbələnin fəxri olan yazıçı, publisist, “Qəbələ Səsi” qəzetinin məsul redaktoru Bibixanım İsayevanın (Bibixanım Səmavi) təsisçisi olduğu “Zaman və Həyat” jurnalının ilk buraxılışının təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyinin sədri Rəna Mahmudova bildirib. Onun sözlərinə görə, tədbir Birliyinin ofisində baş tutub. Açılış nitqi ilə birliyin qanuni təmsilçisi və sədri Rəna Mahmudova çıxış edərək Bibixanım İsayevanı təbrik edib, onun həyat yolu və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra birlik üzvləri və jurnalda şeirləri dərc olunan yazarlar öz şeirlərini səsləndiriblər. Təxminən iki saat yarım davam edən tədbir iştirakçılar tərəfindən məmnunluqla qarşılanıb.

QHT sədri bildirib ki, sonda üzərində jurnalın şəkli olan tort kəsilib və mərasim çay süfrəsi arxasında davam etdirilib:

"Əzizimiz Bibixanım xanıma uğurlar arzulayır, uğurlarının bol olmasını diləyirik".