“Ailə Dünyası Ailələrə Hüquqi Yardım” İctimai Birliyinin sədri Gülayə Səfərova Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının yaradılmasını Azərbaycan vətəndaş cəmiyyəti üçün mühüm nailiyyət adlandırıb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kiprdən olan QHT təmsilçilərinin Birgə Bəyannamə imzalaması regional həmrəyliyin güclənməsinin göstəricisidir:

"Platformanın daimi qərargahının Bakıda yerləşməsi və ilk rəhbərliyin Azərbaycana həvalə olunması ölkəmizin QHT sektorunun artan nüfuzunun təsdiqi kimi qiymətləndirilir. Bu addım Prezident İlham Əliyevin QHT-lərin beynəlxalq əməkdaşlıqda birgə fəaliyyət göstərməsi barədə çağırışları ilə üst-üstə düşür və Türk dünyası QHT-lərinin qlobal səhnədə daha koordinasiyalı fəaliyyətinə imkan yaradacaq".

QHT sədri vurğulayıb ki, platformanın elan edilməsi bütün üzv ölkələr tərəfindən böyük məmnunluqla qarşılanıb və Forumun tarixi nəticələrindən biridir.