Dərləyəz mahalından Salyana deportasiya edilən əhali arasında Tarp və Terp kəndinin əhalisi üstünlük təşkil edir. Bu ailələrdən bir çoxu iki dəfə deportasiyaya məruz qalıb. 1951-ci ildə İ.Stalinin qərarı ilə məcburi köçürülən əhalinin bir hissəsi diktatorun ölümündən sonra öz yurdlarına geri qayıdıblar. Belə ailələrdən biri də rüstəmovlar ailəsidir.
Rüstəmov Kəmənd Səmənd oğlu 5 dekabr 1954-cu ildə Dərələyəz mahalının Terp kəndində doğlub. Atası Əmiralıyev Səmənd Rüstəm oğlu 1927-ci ildə Terp kəndinə doğlub. 1948-ci ildə ailəsi (Həsən, Nəmənd, Hümbbət) ilə birlikdə Salyan rayon Qarbağlı kəndinə deportasiya olunub. 1953-cü ildə ailəlikçə geri qayıdıblar. 1960-ci ilə qədər Terp kəndində yaşayıblar. Terp kəndində Aslan (1956), Əmir (1959), Cəmilə (1958) Nazilə (1960) adında övladları doğulub. 1960-ci ildə yenidən Qarabağlı kəndində köçməli olublublar.
Kəmənd Rüstəmov bu barədə deyir: ,, 24 aprel 1960-cı il tarixində atam Arazdəyəndən növbədən gəlirmiş, atamın erməni tanışları Keşkəndə (Əzizbəyov) rayonunda qabağını kəsib, deyirlər sən bilmirsən ki, bu gün Andranikin qulağının kəsildiyi gündür bu gün türklər küçəyə çıxmamalıdır. Biz bu gün türkləri harada görsək öldürməliyik. Atam ermənilərə deyirki Andrakidə belə-belə olsun sizidə. Atam ermənilərlə sözləri çəpləşir və 7 erməni ilə əlbəyaxa dava edir. Sonra atam evə gəlib öz öz atası Rüstəm kişiyə deyir ki, biz artıq burada qala bilməyəcəyik. Nə bizə iş verirlər nə hörmət qoyurlar burada qalmağımızın heç bir mənası yoxdu”.
Kəmənd Rüstəmovun atası Səmənd kişi 1960-cı ilin dekbar ayına qədər atası Rüstəm kişini nə qədər çalışsa da köçməyə razı sala bilmir. Atam artıq köçməklə bağlı qəti qərar qəbul etmişdi. Nəhayət köçmək məqamı gəldi. Babam dediki mən heç yerə köçmürəm bu uşaqlar yazıqdı onları niyə aparıb istidə qırırsan. Atam babamı heç cürə yola gətirə bilmədi. Bundan sonra atam dediki onda qızımın biri sənin yanında qalsın. Nazilə bacım babamın yanında qalası oldu. Atamla babamın ayrılması heç cürə gözümdən getmir. Onlar qucaqlaşıb ağladılar-ağladılar bir müddətdən sonra göz yaşları içində ayrıldılar. Beləliklə biz yenidən Salyan rayonun Qarabağlar kəndinə köçməli olduq. Ən böyük arzumuz dogma Dərələyəzmimizə getməkdir.












