QHT.az xəbər verir ki, bu il ali təhsil müəssisələrinə qəbul olan şəhid övladlarının sırasına yeni gənclər əlavə olunub. Onlar öz uğurları ilə şəhid valideynlərinin xatirəsini yaşadır, Vətən üçün böyük qürur mənbəyi olurlar.
- Şəhid polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidli Xəzər Universitetinin Politologiya fakültəsinə qəbul olub.
- Şəhid polkovnik-leytenant Sədi Musayevin qızı Arzu Musayeva Türkiyənin İzmir Demokrasi Universitetində təhsil alacaq.
- Şəhid polkovnik-leytenant Rasim Abdullayevin oğlu İslam Abdullazadə Bədən Tərbiyəsi və İdman Akademiyasının Məşqçilik fakültəsinə daxil olub.
- Şəhid mayor Emin Süleymanovun oğlu Bəhmən Süleymanzadə Türkiyənin Sakarya Uygulamalı Bilimler Universitetində təhsil alacaq.
- Şəhid mayor Asəf Maşıyevin qızı Fatimə Maşıyeva Azərbaycan Dillər Universitetində Regionşünaslıq (Qafqaz üzrə) ixtisasını seçib.
- Mülki şəhid Ehtiram İsmayılovun qızı Aysu İsmayılova Bakı Biznes Universitetinin Maliyyə fakültəsinə qəbul olub.
Bu gənclərimizə təbriklərimizi çatdırır və onlara ali təhsil yolunda uğurlar arzulayırıq!












