24 saylı Nizami birinci seçki dairəsindən müstəqil və bitərəf namizəd, iqtisadçı -ekspert Eyyub Kərimli seçkilər öncəsi seçicilərinə müraciət edib. Kərimli bildirib ki, növbədənkənar parlament seçkilərinə cəmi bir gün qalmış, bu prosesin həm ölkə, həm də vətəndaşların taleyi və gələcəyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
QHT.az xəbər verir ki, QHT sədri "Artıq çətin, məsuliyyətli və şərəfli bir yolun sonuna yaxınlaşdıq. Bu seçkilər bizə iqtisadi inkişaf və sosial rifah yolunda birgə addımlamağa imkan verəcək," - deyə qeyd edib.
Eyyub Kərimli seçiciləri düzgün seçim etməyə çağıraraq, "Düzgün seçim növbəti 5 ildə sizin səsinizin, arzularınızın və sizi narahat edən məsələlərin həlli deməkdir," - deyə vurğulayıb.
E.Kərimli, həmçinin dünya rəqəmsallaşdığı üçün seçicilərin hər bir namizəd haqqında məlumat əldə etməsinin asan olduğunu qeyd edib: "Artıq dünya dəyişir rəqəmsallaşır və hər bir namizəd haqqında məlumat əldə etmək asandır. Mənim həyat və fəaliyyətimi, kimliyimi araşdırmaq üçün imternet üzərindən istənilən platformada adım və soyadımı axtarışa vermək kifayyətdir. Axtarın müqaisə edim seçin. Yeniyə və yeniliyə səs verin gələcəyinizi peşakara etibar edin".












