Yəməndə son günlər yenidən şiddətlənən qarşıdurmalar humanitar vəziyyəti daha da ağırlaşdırıb. IPS-in 16 sentyabr tarixli məlumatına görə, yeni toqquşmalar nəticəsində əhalinin məcburi köçürülməsi və humanitar ehtiyacların artması ilə bağlı narahatlıqlar yüksəlib.
QHT.az xarici mediaya istinadən bildirir ki, bölgədəki gərginlik son illərdə əldə olunan nisbi sabitliyi pozaraq yeni təhlükəsizlik və humanitar problemlər yaradıb. Qarşıdurmaların genişlənməsi insanların yaşayış yerlərini tərk etməsinə, əsas xidmətlərə çıxışın çətinləşməsinə və humanitar yardım ehtiyacının artmasına səbəb ola bilər.
Humanitar vəziyyətin pisləşməsi xüsusilə artıq köçkün vəziyyətində olan və əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkən ailələr üçün əlavə risklər yaradır.
Piranə Xasiyeva
Xəbərlər
Yəməndə yeni toqquşmalar köçkünlük riskini artırır






