Şəhid Analarına Dəstək İctimai Birliyi tərəfindən Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şanlı Zəfər tariximiz” adlı tədbir keçiriləcək.

QHT.az xəbər verir ki, tədbir 15 oktyabr 2025-ci il tarixində, saat 14:00-da Xırdalan şəhəri Abşeron rayon Mədəniyyət Mərkəzində baş tutacaq.