Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 22 il ötür.

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, 22 il əvvəl Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər bu gün artıq reallığa çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan MDB məkanında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkə olub:

"Prezident İlham Əliyevin 22 illik rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox artıb, strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 80 milyard dollara yüksəlib. Yeni mərhələdə dövlət başçısının rəhbərliyi ilə iqtisadi islahatlar dərinləşir, rəqabət mühiti və investisiya şəraiti yaxşılaşır, gizli iqtisadiyyatın azaldılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan bu siyasət sayəsində regional güc kimi mövqeyini daha da möhkəmləndirir".

 

Pərvanə Fərhadqızı